"Neftçi" Paraqvaydan şad xəbər alıb. Fanat.az xəbər verir ki, Erik Ramos komandaya qayıdır.
Belə ki, Paraqvay millisinin sabiq üzvü müqavilə ilə "Rubio Nu" klubuna məxsusdu və "Neftçi"də icarə əsasında çıxış edirdi. Klub rəhbərliyi Bakı təmsilçisindən daha çox pul tələb edirdi. Lakin "Neftçi" bu məbləği ödəmək istəmirdi. Belədə Ramos özü bu məbləği ödəyərək, geri dönmək qərarına gəlib. Artıq hər şey həll olunub və 27 yaşlı yarımmüdafiəçi bazar ertəsi komandanın düşərgəsində olacaq.
Qeyd edək ki, Ramos iki mövsümdə "Neftçi"nin heyətində 88 oyuna çıxıb və 4 qol vurub.
Fanat.az