"Neftçi"də şok təyinat: yazıçı prezident oldu

"Neftçi"də şok təyinat: yazıçı prezident oldu

“Neftçi”nin bu gün istefa verən prezidenti Sadıq Sadıqovun yerinə şok təyinat edilib. Fanat.az aznews.az-a istinadən xəbər verir ki, kluba bundan sonra AYB-nin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. 

Məlumata görə, onun prezident olması artıq rəsmiləşdirilib. Qərarın bu gün ərzində elan ediləcəyi gözlənilir.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza "aafqazinfo"ya açıqlamasında Çingiz Abdullayevin "Neftçi"yə prezident təyin olunmasını təsdiqləyib. O bildirib ki, yayılan məlumat doğrudu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər