"Neftçi"də şok ayrılıq: braziliyalı getdi

"Neftçi"də şok ayrılıq: braziliyalı getdi
"Neftçi" Bruno Bertuççi ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, braziliyalı futbolçunun müqaviləsinə onun öz müraciətindən sonra xitam verilib. Gedişin səbəbi açıqlanmayıb.
Qeyd edək ki, 2009-cu ildə Braziliyanın U-20 milli komandasının heyətində 7 oyun keçirən və 1 qol vuran Bertuççi “Korintians” (Braziliya) və “Qrashopper” (İsveçrə) kimi klublarda çıxış edib. 2012-ci ildən “Neftçi”nin formasını geyinən futbolçu ölkəmizdə 80 oyun keçirib və 3 qol vurub. O, Bakı klubu ilə Azərbaycan çempionu və ölkə kubokunun qalibi olmaqla yanaşı, Avropa Liqasının qrup mərhələsi oyunlarında da iştirak edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər