"Neftçi"nin Futbol Akademiyasında iki komandaya baş məşqçi təyinatı rəsmiləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bakılıların 19 və 17 yaşlılarını çalışdıracaq mütəxəssislərin kimliyi təsdiqlənib.
Konkret, U-19-un baş məşqçisi Rəşad Hüseynovla U-17-nin baş məşqçisi Asif Ramazanov postlarında saxlanılıblar.
Hüseynovun köməkçisi sabiq hücumçu Elşən Məmmədov, Ramazanovun yardımçısı isə Samir Zərgərov olacaq.
Digər aşağı yaş qruplarında isə dəyişikliklər olacağı gözlənilir.
Mirağa