Dünyada baş qaldıran iqtisadi böhran Azərbayn klublarından da yan ötmür. Fanat.az-ın əldə etdiyi məlumata görə, "Neftçi" də bu üzdən əziyyət çəkənlər sırasındadı.
Klubda 3-cü aydır ki, məvaciblər ödənilmir. Yerli futbolçuların adəti üzrə bu problem barədə danışmaması aydın məsələdirsə, əcnəbilərin susqunluğu da başadüşüləndi.
Belə ki, "ağ-qaralar"ın əksər legionerləri xeyli vaxtdır ki, "Neftçi"nin şərəfini qoruyur və "üz üzdən utanar" məsəli hələ ki, danışmamaqlarını şərtləndirir.
Qeyd edək ki, FİFA-nın qanunlarına əsasən futbolçuların məvacibləri maksimum 3 ay ərzində gecikdirilə bilər.
Fanat.az