"Qəbələ" ilə oyuna hazırlaşan "Neftçi"də ciddi problemlər var. Fanat.az хəbər verir ki, zədəli və cəzalı futbolçular karvanına daha bir əlavə olunub.
"İnter"lə kubok oyununda dubl edən Nikolas Kanales zədə alıb. Matçın start heyətində yer alan çilili futbolçu zədə aldığından 77-ci dəqiqədə əvəzlənib. İki məşqlərə qatılmayan forvardın "Qəbələ"yə qarşı oynayıb-oynamayacağı oyun günündə bilinəcək.
Fanat.az