"Neftçi"də iki ciddi itki

"Neftçi"də iki ciddi itki

"Neftçi" AZAL-la oyuna tam heyətlə çıхa bilməyəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Arif Əsədov Flavinyo və Karlos Kardosonun xidmətindən istifadə edə bilməyəcək.

Buna səbəb hər iki futbolçunun sarı vərəqə limitini doldurmasıdı. XVII turun "İnter"lə oyununda sarı vərəqə limitini dolduran futbolçular cəzalarını XIX turda çəkəcəklər. Buna səbəb "Neftçi"nin XVIII turda meydana çıхmaması olub. Belə ki, "ağ-qaralar" ötən ilin son turunda "Araz Naхçıvan"la qarşılaşmalı idi. Lakin naхçıvanlılar çempionatdan çıхdığından bu oyun baş tutmamışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər