"Neftçi"də iclas: Süleymanovla bağlı qərar verildi

"Neftçi"də iclas: Süleymanovla bağlı qərar verildi
Bu gün “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib. Fanat.az xəbər verir ki, toplantıda əsas müzakirə mövzusu klubun vitse-prezidenti Tahir Süleymanovun istefası olub. 
Aparılan ətraflı müzakirələrdən sonra mövsümün sonu olduğu nəzərə alınaraq, Tahir Süleymanovun israrına rəğmən, qeyd olunan müraciətə Azərbaycan Kubokunun final oyunundan sonra yenidən baxılmasına qərar verilib. Bu müddət ərzində Tahir Süleymanovun klubun vitse-prezidenti vəzifəsindəki fəaliyyətini davam etdirməsi məqsədəuyğun sayılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər