"Neftçi" ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Arif Əsədov kapitan Flavinyonun хidmətindən məhrum olub.
Belə ki, braziliyalı futbolçu cəzalı duruma dühüb. "Xəzər Lənkəran"la oyunun 35-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Flavinyo sarı vərəqə limitini doldurub. Bu onun mövsüm ərzində 8-ci "sarı"sı olduğundan XXX turun "Qəbələ" matçını buraхacaq.
Qeyd edək ki, Flavinyo cari mövsümdə "Xəzər Lənkəran"la 3, "İnter"lə 2 oyunda, həmçinin "Qəbələ", "İnter", "Qarabağ" və AZAL görüşlərdə cəzalanıb.
Fanat.az