"Neftçi"də daha 2 ayrılıq

"Neftçi"də daha 2 ayrılıq

"Neftçi" klubunda islahatlar davam edir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubun daha iki əməkdaşı postundan uzaqlaşdırılıb. 

Yeni rəhbərlik uzun müddətdir "ağ-qaralar"ın sıralarında olan və kifayət qədər tanınan simalarla yoluna davam etmək istəməyib. Söhbət Sabir Hacıyev və Qızxanım Zeynalovadan gedir. 

"Neftçi"də daha 2 ayrılıq 70 yaşlı Hacıyev 2008-ci ildən, başqa sözlə, 16 ildir "Neftçi"də inzibatçı kimi çalışırdı. O, uzun illər "Neftçi"nin əsas komandasının inzibatçı olub, həmçinin, milli komandamızda da işləyib.  "Neftçi"də daha 2 ayrılıq 73 yaşlı Qızxanım Zeynalova isə həkimdir. 8 ildir "Neftçi"yə xidmət edən Qızxanım xanım 1966-cı ildə bürünc mükafatçı olmuş Mübariz Zeynalovun həyat yoldaşıdır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər