"Neftçi"də baş məşqçi dəyişikliyi reallaşdı

"Neftçi"də baş məşqçi dəyişikliyi reallaşdı

Futzal üzrə Yüksək Liqanın iddialı komandalarından olan "Neftçi" idman klubunda baş məşqçi dəyişikliyi olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisinin rəhbərliyi çempionatı 3-cü pillədə başa vuran komandanın nəticəsindən razı qalmayaraq baş məşqçi İlkin Hacıyevlə yollarını ayırmağa qərar verib.

Artıq "ağ-qaralar"ı çalışdıracaq məşqçinin kimliyi də bəllidir. "Neftçi" Fuad Rzayevlə 1+1 illik anlaşıb. Təcrübəli mütəxəssis saytımıza açıqlamasında xəbəri təsdiqləyib.   

Qeyd edək ki, Yüksək Liqanın qalibi "Araz-Naxçıvan" olub. İkinci yeri isə "Baku Fire" tutub. "Neftçi" İK ölkə kubokunda da yarımfinalda uduzaraq mübarizəni dayandırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər