"Neftçi" iki itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Böyükağa Hacıyev Erik Ramos və Denis Silvanın xidmətindən məhrum olub.
Hər iki futbolçu cəzalı duruma düşüb. Erik "Qarabağ"la oyunun 61-ci dəqiqəsində simulyasiya, 80-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanıb. Hər iki futbolçu sarı vərəqə limitini doldurublar. Bu səbəbdən onlar "Qəbələ" matçını buraxacaq.
Qeyd edək ki, bu Ramosun 12-ci sarısı olub. O, bundan əvvəl 2 dəfə cəzalı duruma düşüb. Denis isə 4-cü dəfə "sarı" alıb.
Fanat.az