Sabahdan etibarən "Neftçi" Topaz Premyer Liqasının XII turunda qarşılaşacağı "Simurq"la görüşə hazırlıqlarına start verəcək. Fanat.az xəbər verir ki, bu zaman kəsiyində "ağ-qaralar" 1 yoxlama görüşü keçirməyi planlaşdırırlar.
Baş məşqçi Arif Əsədov görüşü noyabrın 13-də keçirməyi hədəfləyib. "Neftçi" artıq potensial rəqib də tapıb. Son çempionatın bürünc mükafatçısı "Bakı"ya təklif göndərib. Paytaxtın eyniadlı klubu yaxın günlərdə bu təklifə münasibət bildirəcək.
Fanat.az