"Neftçi" yenə "Sumqayıt"a uduzdu

"Neftçi" yenə "Sumqayıt"a uduzdu

Milli komandanın oyunlarına görə Premyer Liqada yaranmış fasilədən yararlanan "Sumqayıt" və "Neftçi" yoxlama oyunu keçirib.

Fanat.Az xəbər verir ki, Sumqayıtda baş tutan oyunda meydan sahibləri qələbə qazanıb - 1:0. Matçın yeganə qoluna 84-cü dəqiqədə Süleyman Əhmədov imza atıb.

Qeyd edək ki, matçı "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev canlı izləyib.

Onu da qeyd edək ki, "Neftçi" Premyer Liqanın VI turunda "Sumqayıt"la qarşılaşmış və 1:2 hesabı ilə yenilmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər