Xəbər verdiyimiz kimi "Neftçi" və "Xəzər Lənkəran"ın futbolçuları Sierra Leone milli komandasına çağırılıb. Belə ki, Culius Vobayla Alfred Sanko milli komandanın noyabrın 14-də Kot`D-İvuar, 5 gün sonra Konqo Demokratik Respublikası ilə oyunlarına dəvət alıb.
Bu səfərlər olduqca təhlükəlidi. Çünki Sierra Leone Afrikanın Ebola virusu ən çox yayılan 3 ölkəsindən biridi. Belə ki, bu günə qədər qorxulu virusdan ölən 5 minə yaxın insanın demək olar ki, hamısı Sierra Leone, Qvineya və Liberiyada ölüb. Kot`D-İvuarla oyunun məhz bu ölkədə keçiriləcəyini nəzərə alsaq, təhlükənin nə qədər ciddi olduğunu görərik.
Bu son deyil. Belə ki, Vobayla Sankonun səfər edəcəyi Konqo Demokratik Respublikası da Ebola virusunun aşkarlandığı və yayıldığı ölkələrdən biridi. Hələ üstəlik, bu ölkə Ebolanın vətənini hesab olunur. Belə ki, virus ilk dəfə 1976-cı ildə məhz Konqoda aşkarlanıb.
Fanat.az