"Neftçi" və "İnter" meydana qara sarğıda çıxacaq

"Neftçi" və "İnter" meydana qara sarğıda çıxacaq

11 yaşadək futbolçular arasında Azərbaycan çempionatının final matçında Bakının Binəqədi rayonundakı yanğın hadisəsi qurbanlarının xatirəsi yad ediləcək. Bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, "Bayıl Arena"da bu gün U-11 Liqasında "Neftçi" və "İnter" komandaları arasında keçiriləcək həlledici qarşılaşmadan öncə 1 dəqiqəlik sükut elan olunacaq. Komandalar meydana qara sarğıda çıxacaqlar.

Qeyd edək ki, Binəqədi rayonunda hündürmərtəbəli binanın yanması nəticəsində 15 nəfər ölüb, 54 nəfər yaralanıb. Dünyasını dəyişənlərdən 3-ü - Şirinova Zülfiyyə Yavər qızı (43 yaş) və onun övladları Eyvazov Davud Hamur oğlu (16 yaş) və Eyvazova Ülkər Hamur qızı (21 yaş) Azərbaycan yığmasının sabiq futbolçusu Emin Quliyevin yaxın qohumlarıdı. Digər tərəfdən, ötən gün Azərbaycan millisinin və "Neftçi"nin sabiq baş məşqçisi Əhməd Ələsgərov 79 yaşında dünyasını dəyişib.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər