"Neftçi" uğursuz transferini "Kalmar"a verdi

"Neftçi" uğursuz transferini "Kalmar"a verdi
"Neftçi" Melvin Platyeni icarəyə verib. Fanat.az xəbər verir ki, uğursuz transfer İsveçin "Kalmar" klubuna göndərilib.
Ötən gün iki klub arasında müqavilə imzalanıb. Anlaşmaya əsasən "Neftçi" yayda Platyeni satışa çıxarmaq hüququna sahibdi. Holland futbol yaxın günlərdə yeni klubunun düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Platye "Neftçi"yə yayda Hollandiyanın "Neymengem" klubundan gəlib. Bu müddətdə o, Premyer Liqada 11 oyuna çıxıb, 360 dəqiqə oynayıb və cəmi 1 qol vurub. Holland hücumçu Azərbaycan Kuboku və Super Kubokunda 56 dəqiqə (3 oyun), Çempionlar Liqasında 180 (2 oyun) dəqiqə oynasa da, qol vura bilməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər