"Neftçi" UEFA-ya müraciət etdi

"Neftçi" UEFA-ya müraciət etdi

"Neftçi" UEFA-ya müraciət edib. Fanat.az xəbər verir ki, paytaxt klubu "Partizan"la oyunun Tofiq Bəhramov adına Respublika stadionda yox, "Bakcell Arena"da keçirilməsini istəyib.

Bu barədə klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə "Facebook" səhifəsində yazıb: "Dəyərli jurnalist dostlarım. "Neftçi" - "Partizan" oyununa bilet satışı bizdən asılı olmayan səbəblərə görə müvəqqəti olaraq dayandırılıb. Məlumunuz olsun ki, Tofiq Bəhramov adına Respublika stadionunun heç də yaxşı vəziyyətdə olmayan ot örtüyü "Qarabağ" - "Tvente" oyunundan sonra daha bərbad hala düşüb. Bu səbəbdən qarşılaşmanın Respublika stadionunda deyil, "Bakcell Arena"da keçirilməsi üçün UEFA-ya müraciət ünvanlamışıq. Müsbət cavab alacağımıza ümid edirik. Daha öncədən bilet almış azarkeşlərə nə etməli olduqları haqda məlumat UEFA-nın cavabından sonra veriləcək. Anlayışınız üçün təşəkkürlər".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər