Əvəzedici heyətlərin ölkə çempionatında XVII turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Qarabağ" "Zirə"ni 2:1 hesabı ilə yenib. Qələbə qoluna Vüqar Nadirov imza atıb. "Qəbələ" isə AZAL-ı qəbul edib və 3 xalı aktivinə yazıb - 3:1.
Qalan iki matç bu gün baş tutub. "Neftçi" səfərdə "İnter"ə qalib gəlib - 2:0. "Sumqayıt" - "Kəpəz" oyununda 7 qol vurulub və gəncəlilər 4:3 hesablı qələbəyə sevinib.
Əvəzedici heyətlər
2016/17 mövsümü
III dövrə, XVII tur
7 fevral
Qarabağ - Zirə 2:1
Qollar: Elgün Nəbiyev, 46. Vüqar Nadirov, 88 - Vəzir Musayev, 81.
Qəbələ - AZAL 3:1
Qollar: Ravil Yusifli, 18. Elvin Həsənov, 70. Rövlan Muradov, 90+4 - Fuad Bayramov, 75.
8 fevral
İnter - Neftçi 0:2
Qollar: Pərviz Qaraxanov, 57. Bahadur Həziyev, 77.
Sumqayıt - Kəpəz 3:4
Qollar: Elvin Nəsibov, 16. Süleyman Piriyev, 26-pen; 45 - Eltac Mirzəyev, 49. Əli Səmədov, 56. Qaraxan Əliyev, 65. Fərid Məmmədov, 90+1.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qəbələ | 17 | 12 | 2 | 3 | 40:17 | 38 | |
| 2 | Qarabağ | 17 | 10 | 4 | 3 | 32:18 | 34 | |
| 3 | Neftçi | 17 | 10 | 1 | 6 | 26:20 | 31 | |
| 4 | Zirə | 17 | 6 | 5 | 6 | 21:19 | 23 | |
| 5 | İnter | 17 | 6 | 5 | 6 | 12:12 | 23 | |
| 6 | Kəpəz | 17 | 5 | 5 | 7 | 19:24 | 20 | |
| 7 | Sumqayıt | 17 | 4 | 1 | 12 | 25:41 | 13 | |
| 8 | AZAL | 17 | 3 | 1 | 13 | 23:47 | 10 | |
| Bombardirlər | Renat Aşurov (AZAL), Ramil Hasanov (Qəbələ) - 9. Şahin Əliyev (Qarabağ) - 7. | |||||||
Fanat.Az