"Neftçi" üçün seminar

"Neftçi" üçün seminar
“Bayıl Arena”da “Neftçi”nin Uşaq və gənclər futbol bölməsinin məşqçilərinin növbəti seminarı keçirilib. Fanat.az xəbər verir ki, seminara “Neftçi”nin Uşaq və gənclər futbol bölməsinin koordinatoru Asif Əliyev, AFFA tərəfindən klubun Uşaq və gənclər futbol bölməsinin texniki direktoru vəzifəsinə təyin olunmuş Yan Versleyen və seleksiyaçı-məşqçi Səmədağa Şıxlarov rəhbərlik edib.
 
Hollandiyalı mütəxəssis mütəmadi olaraq hər həftənin cümə günləri  məşqçilərlə görüşür. Görüşdə baş tutmuş oyunlar müzakirə edilir, texniki nəzəri məsələlərə diqqət yetirilir və məşqçilərə oyunlarla bağlı tövsiyələr verilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər