"Neftçi" bu gün Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışına başlayıb.
Fanat.Az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda qardaş ölkədə dörd yoxlama oyunu keçirməyi planlaşdırır.
Qeyd edək ki, Ərzurumdakı toplanış iyulun 26-da yekunlaşacaq. Hazırlıq prosesinin ilk mərhələsi Bakıda gerçəkləşib.