Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, baş məşqçi Arif Əsədov yetirmələrini Türkiyə klubu ilə oyunda sınayıb.
Belə ki, "Neftçi" Super Liqada çıхış edən "Kayseri Ərciyəsspor"la qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, 1932-ci ildə yaradılan "Kayseri Ərciyəsspor"a hazırda Mehmet Özdilek başçılıq edir. Komanda qış fxasiləsinə 15-ci pillədə yollanıb.
Antalyada ilk yoхlama oyununu Səudiyyə Ərəbistanının "Hajer" klubuna qarşı keçirən və 3:1 hesablı qələbə qazanan "Neftçi" yanvarın 20-də "Quyzhou Rehne" (Çin), 21-də "Volın" (Ukrayna), 23-də isə "Dinamo" (Moskva, Rusiya, U-23) və "Petrolul"la (Rumıniya) qarşılaşacaq.
Antalya
Yoхlama oyunu
17 yanvar
Neftçi (Türkiyə) - Kayseri Ərciyəsspor (Türkiyə) 0:0
Fanat.az