"Neftçi" ötən ay uduzduğu komandaya qarşı

"Neftçi" ötən ay uduzduğu komandaya qarşı
"Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi bu mərhələdə Türkiyənin "Bursaspor"  klubunu matçsonrası penalti seriyasında mübarizədən kənarlaşdıran Gürcüstanın "Çixura" komandası ilə qarşılaşacaq.
"Neftçi" ötən ay bu komanda ilə iki oyun keçirib. Türkiyənin Bolu şəhərində baş tutan yoldaşlıq oyunlarından birində gürcülər qələbə qazanıb, ikincisi "sülh"lə bitib.
İlk oyunda "Çixura" 3:2 hesablı qələbəyə sevinib. "Neftçi"nin qollarına Samir Məsimovla Denis Silva imza atıb. 1:1 hesabı ilə başa çatan ikinci matçda isə "ağ-qaralar"ın heyətində Julius Vobay fərqlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər