"Neftçi" Əlcəzairin "Əl-Harraş" klubunun yarımmüdafiəçisi Həmzə Ait Umarı transfer etmək istəməsi ilə bağlı xəbərə münasibət bildirib. Fanat.az xəbər verir ki, klubun Mətbuat və İctimaiyyətlə Əlaqalər Departamentinin rəhbəri Gündüz Abbaszadə xəbəri təkzib edib:
"Bu xəbər həqiqəti əks etdirmir. "Neftçi" bu adda futbolçu tanımır və tanımaq da istəmir. Bu, “Neftçi”nin adından istifadə edərək, özünü reklamdan başqa bir şey deyil".
Fanat.az