"Neftçi" ilə qarşılaşma bizim üçün adi oyunlardan biridi. Normal qaydada hazırlaşmışıq. Kiçik zədəsi olan futbolçularımız var. Mümkündü ki, müdafiədən oynayaq. Rəqibin bizə təklif edəcəyi oyuna baxacağıq. "Neftçi" bizi yaxşı analiz edib. Amma biz də onları yaxşı tanıyırıq. Sabah qələbə qazanmaq üçün taktikamızı dəyişəcəyik". Fanat.az xəbər verir ki, bu sözləri Gürcüstanın "Çixura" klubunun baş məşqçisi Samson Pruidze deyib.
"Çixura" sabah Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "Neftçi"ni qəbul edəcək. Komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. Pruidze bu gün keçirdiyi mətbuat konfransında cütün taleyinin penalti seriyasına qalmayacağına inandığını deyib: "Mənim oyunçularım tələskəndilər. Çətin olacaq. Amma qələbə qazanacağımıza ümidliyəm. "Neftçi"dən sonra bizi daha çətin rəqib gözləyir. Biz hər şeyə hazır olmalıyıq."
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev komandasının "Çixura"nın tanımadığı taktika ilə oynayacağını bildirib. Pruidze "Hər şeyə hazır olduğunuza əminsiz" sualına belə cavab verib: "Əgər onlar şou göstərmək istəyirlərsə, qoy göstərsinlər. Biz də onların necə şou göstərmək istədiklərini görərik. Biz isə komandaya uğur qazandıra biləcək oyun göstərməyə çalışacağıq".
Fanat.az