"Neftçi" Soçidə qələbə qazandı

"Neftçi" Soçidə qələbə qazandı

"Neftçi"nin U-13 komandası Rusiyanın Soçi şəhərində keçirilən “Dəri top” turnirində ilk oyununu keçirib. Fanat.az xəbər verir ki, təmsilçimiz Kalininqradın U-13 komandasını sınağa çəkib.

Oyun "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara Ramin Nəsirli və Zeynəddin Abdulrəhmanov imza atıb.

A qrupunda mübarizə aparan "Neftçi" növbəti oyununu oktyabrın 15-də Qazaxıstanın “Kostanay” klubuna qarşı keçirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər