Azərbaycan ordusu cəbhə xəttində ağır itkilər verib. Son 3-4 gündə erməni hərbi birləşmələrinin hücumları nəticəsində rəsmi məlumatlara görə 13 (qeyri-rəsmi məolumatlara görə daha çox) əsgərimiz şəhid olub.
Fanat.az xəbər verir ki, "Neftçi" şəhidlərimizin xatirəsini anmaq istəyir. Belə ki, "ağ-qaralar" avqustun 7-də Tiflisdə Avropa Liqasının "Çixura" ilə cavab oyununa çıxacaq. Bakı klubu həmin gün meydana qara sarğıda çıxmaq istəyir. Bununla bağlı UEFA-ya müraciət olunacaq.
Fanat.az