"Neftçi" saxlanılan fanatlarına sahib durmur

"Neftçi" saxlanılan fanatlarına sahib durmur

Dünən Topaz Premyer Liqasının XXIII turu çərçivəsində baş tutmuş "Neftçi" - "Qarabağ" oyunundan sonra yaranmış dava nəticəsində "ağ-qaralar"ın 9 azarkeşi 24-cü polis bölməsinə aparılıb. Fanat.az xəbər verir ki, saxlanılan gənclərin valideynlərinin bütün müraciətlərinə baxmayaraq, övladları ilə əlaqə yaratmağa imkan verilmir.

Maraqlıdır ki, "Neftçi" rəhbərliyi fanatlarına sahib çıxmaq istəmir. Belə ki, indiyədək "ağ-qaralar"ın rəhbərliyindən heç kim azarkeşləri ilə maraqlanmayıb. 

Hətta saxlanılan fanatların valideynlərinin klub rəhbərliyinə müraciətlərindən sonra da "Neftçi" rəsmiləri bu yöndə hər hansısa bir addım atmayıb.

Klubun vitse-prezidenti Elnur Məmmədovla əlaqə saxlayaraq, məsələylə bağlı rəsmi mövqe öyrənmək cəhdlərimiz isə boşa çıxdı. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər