"Neftçi" sabiq üzvünü geri qaytarır

"Neftçi" sabiq üzvünü geri qaytarır
Slavik Alxasov "Neftçi"yə qayıda bilər. Fanat.az xəbər verir ki, paytaxt klubu qışda "Xəzər Lənkəran"a verdiyi yetirməsini geri qaytarmaq niyyətindədi.
Artıq bununla bağlı iki klub arasında danışıqlar gedir. "Neftçi" "Xəzər Lənkəran"a təmənnasız verdiyi futbolçunu pul ödəmədən geri qaytarmaq niyyətindədi. Lənkəran klubunda istənilən oyunu sərgiləyə bilməyən Slavik özü də paytaxta qayıtmağın əleyhinə deyil.
Qeyd edək ki, Alxasov ötən mövsüm "Xəzər Lənkəran"da 11 oyun keçirib və 795 dəqiqə oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər