"Neftçi" rəsmilərini ağır cəza gözləyir

"Neftçi" rəsmilərini ağır cəza gözləyir

"Neftçi"nin vitse-prezidenti Tahir Sülemanovla Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadəni ağır cəza gözləyir. Fanat.az xəbər verir ki, buna səbəb klub rəsmilərinin qaydaları pozması olub.

Belə ki, Topaz Premyer Liqasının XVIII turunun AZAL - “Neftçi” matçında Abbaszadə 83-cü dəqiqədə, Sülemanov isə oyundan sonra hakimləri təhqir etdiyi üçün AFFA İntizam Komitəsinin qərarı ilə 5 oyunluq cəzalandırılmış, klub 5000 manat cərimələnmişdi.

Lakin dünən Tahir Süleymanov Lənkəran şəhər stadionun VİP-lojasında görünüb. Gündüz Abbaszadə isə mətbuat konfransının keçirildiyi zala daxil olub. Bu səbəbdən AFFA "Neftçi"ni cəzalandıracaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər