Premyer Liqadakı 3 həftəlik fasilə dönəmində Bakıda hazırlıq keçəcək "Neftçi" iki yoxlama oyununda qüvvəsini sınayacaq. Fanat.az xəbər verir ki, "ağ-qaralar"ın bir rəqibi artıq bəllidi.
"Neftçi" yoxlama oyunu üçün "Bakı" ilə razılıq əldə edib. Paytaxt klubları oktyabrın 10-da qarşılaşacaq. Matçın başlama saatı hələ bəlli deyil.
"Neftçi"nin digər rəqibi də hələ müəyyənləşməyib. Oktyabrın 6-da baş tutacaq bu matç üçün rəqib tapılmasa, "ağ-qaralar" əvəzedici heyətləri ilə üz-üzə gələcək.
Fanat.az