Misli Premyer Liqasının 7-ci turu çərçivəsində bu gün "Zirə"nin qonağı olacaq "Neftçi"nin oyuna tam heyətlə çıxıb-çıxmayacağı bəlli olub.
Bunu Fanat.Az-a "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı açıqlayıb:
"Hazırda heyətdə nə cəzalı futbolçu var, nə də zədəli. Komanda "Zirə" ilə matça tam heyətlə hazırlaşıb".
Qeyd edək ki, "Zirə" - "Neftçi" matçının start fiti saat 19:30-da səsləndiriləcək. "Qartallar" 12 xalla turnir cədvəlinin 2-ci, 7 xala malik "xalq komandası" isə 8-ci pilləsində mövqe tutub.
Nihat