Əvəzedici heyətlərin ölkə birinciliyində XXI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda "Simurq" "Qəbələ"ni qəbul edib. Zaqatala klubu doğma meydanda 3:1 hesablı qələbə qazanıb.
Turun qalan 3 oyunu bu gün keçirilib. "Neftçi" Mirabdulla Abbasovun het-triki sayəsində "Xəzər Lənkəran"ı darmadağn edib - 3:0. AZAL evdə "Qarabağ"a 2:1, "Bakı" "Sumqayıt"ı 3:1 hesabı ilə yenib.
Qeyd edək ki, "İnter" bu turda istirahət edib.
Əvəzedici heyətlər
2014/15 mövsümü
III dövrə, XXI tur
9 fevral
Simurq - Qəbələ 3:1
Qollar: Vüsal İsgəndərov, 10. Vadim Abdullayev, 16. Kamran Həsənzadə, 39 - Qismət Alıyev, 59-pen.
10 fevral
Neftçi - Xəzər Lənkəran 3:0
Qollar: Mirabdulla Abbasov, 8; 13; 48.
AZAL - Qarabağ 2:1
Qollar: Ruslan Nəsirli, 12. Azər Məmmədov, 53-pen - Tural İsgəndərov, 69.
Bakı - Sumqayıt 3:1
Qollar: Raul Yaqubzadə, 26; 90+1. Sənan Bayramzadə, 87 - Şahin Əliyev, 5.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | İnter | 18 | 11 | 3 | 4 | 45:22 | 36 | |
| 2 | Simurq | 19 | 11 | 2 | 6 | 42:20 | 35 | |
| 3 | Qəbələ | 19 | 10 | 4 | 5 | 30:26 | 34 | |
| 4 | Xəzər L | 19 | 10 | 2 | 7 | 27:32 | 32 | |
| 5 | Qarabağ | 18 | 8 | 1 | 9 | 29:29 | 25 | |
| 6 | AZAL | 18 | 6 | 6 | 6 | 21:24 | 24 | |
| 7 | Neftçi | 18 | 6 | 4 | 8 | 24:30 | 22 | |
| 8 | Bakı | 19 | 5 | 2 | 12 | 30:36 | 17 | |
| 9 | Sumqayıt | 18 | 2 | 4 | 12 | 19:48 | 10 | |
|
Bombardirlər | Oruc Balaşlı (Simurq) - 13. Raul Yaqubzadə (Bakı) - 11. Cavid Muxtarzadə (Neftçi), Mirsahib Abbasov (İnter) - 9. Fuad Məmmədzadə (Qarabağ) - 8. | |||||||
Fanat.az