"Neftçi" “Xəzər Lənkəran”ın məktubuna cavab verib. Fanat.az xəbər verir ki, paytaxt klubu noyabrın 24-də keçiriləli olan "Böyük oyun"a ev sahibliyi etməkdən imtina edib.
Bu barədə "Neftçi"nin rəsmi saytı məlumat yayıb: "Neftçi" 24.11.2014-cü il tarixdə Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” - “Neftçi” matçının “Xəzər Lənkəran” mərkəzi stadionunun ot örtüyünün əsaslı şəkildə yenilənməsi ilə bağlı başqa stadionda təşkil olunmasına etiraz etmir. “Neftçi” komandamızın məşqçilər korpusunun, futbolçu heyətinin, azarkeşlərin marağını və ən əsası idman prinsiplərinin qorunmasını nəzərə alaraq nominal meydan sahibinin “Xəzər Lənkəran” klubu olaraq qalmasını vacib sayır. Bundan başqa, “Neftçi” XIII turun oyununun keçirilməsi üçün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu təmənnasız olaraq “Xəzər Lənkəran” klubunun sərəncamına verməyə hazırdı".
Fanat.az