"Neftçi" - "Xəzər Lənkəran": video müharibəsi

"Neftçi" - "Xəzər Lənkəran": video müharibəsi

Premyer Liqada mövsümün ilk "Böyük oyun"u yaxınlaşır. Sentyabrın 13-də "Neftçi" və "Xəzər Lənkəran" 2014/15 mövsümündə ilk dəfə üz-üzə gələcək. "Böyük oyun" yaxınlaşdıqca, gərginlik də artır. Tərəflər müxtəlif üsullarla bir-birinə psixoloji təzyiq etmək istəyir.

Dünən "XL TV" "Xəzər Lənkəran"ın "Neftçi"yə vurduğu qollardan hazırlanmış video-roliki təqdim etmişdi. Buna cavab olaraq "Neftçi" azarkeşlərindən biri Flavinyonun "Xəzər Lənkəran"a vurduğu qollardan ibarət bir klip hazırlayıb. Bununla da o, "təkcə Flavinyo sizə yetər" demək istəyib. Hər iki videonu təqdim edirik.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər