"Neftçi" - "Sumqayıt" oyunu üçün istisna hal

"Neftçi" - "Sumqayıt" oyunu üçün istisna hal

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Xorvatiya matçı ilə əlaqədar olaraq, Topaz Premyer Liqasının III turunun “Neftçi” - “Sumqayıt” oyunu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda təşkil olunacaq. 

Fanat.az xəbər verir ki, bu səbəbdən istisna hal kimi “Neftçi” - “Sumqayıt” matçını izləmək istəyən azarkeşlər üçün stadiona giriş pulsuz olacaq.

“Neftçi”nin üzvlük kartına sahib olan azarkeşlərlə klub tərəfindən ayrı-ayrılıqda əlaqə saxlanacaq və onların stadionda yerləşdirilməsi təmin ediləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər