Əvəzedici komandalar arasında çempionatında qış fasiləsi başa çatıb. Fanat.az xəbər verir ki, həftəsonu III dövrəyə start verilib və XIX turun oyunları keçirilib.
İlk oyun günündə bir matç baş tutub. Yeganə oyunda "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edib. Ağdam təmsilçisi əzmkar qələbə sayəsində 3 xalı aktivinə yazıb.
İkinci oyun günündə daha iki oyun keçirilib. Lider "İnter" AZAL-a divan tutub - 6:1. "Bakı" - "Rəvan" oyun 1:1 hesabı ilə başa çatıb.
Üçüncü oyun günündə də bir oyun oynanılıb. Günün yeganə matçında "Qəbələ" səfərdə "Sumqayıt" 4:1 hesabı ilə yenib.
Tura bu gün keçirilən "Neftçi" - "Simurq" oyunu ilə yekun vurulub. Zaqatala klubu Bakıda 2:1 hesablı qələbə qazanıb.
Əvəzedici heyətlər
III dövrə
XIX tur
31 dekabr
Qarabağ - Xəzər Lənkəran 3:2
Qollar: Ülvi Rəfizadə, 8. Elvin Nəsibov, 69. Fuad Məmmədzadə, 90+2 - Bəhruz Teymurov, 46. Elnur Cəfərov, 61.
1 fevral
İnter - AZAL 6:1
Qollar: Mirsahib Abbasov, 3; 56-pen. Elnur Süleymanov, 31. Coşqun Diniyev, 45-pen; 74-pen. Sərtan Taşkın, 90+2 - Rey Məmmədbəyli, 50-pen.
Bakı - Rəvan 1:1
Qollar: Mətin Əbilsoy, 45+2 - Aslan Hüseynov, 90+2-pen.
2 fevral
Sumqayıt - Qəbələ 1:4
Qollar: İsa Zeynallı, 52-pen - Kamal Mirzəyev, 6-pen. Yusif Nəbiyev, 24. Qismət Alıyev, 50. Elsevər Bəkirzadə, 89.
3 fevral
Neftçi - Simurq 1:2
Qollar: Aqşin Qurbanlı, 57 - Vasif Mehrəliyev, 4 (avtoqol). Arzuman Nəsibov, 20.
| 1 | İnter | 19 | 15 | 1 | 3 | 62-25 | 46 |
| 2 | Simurq | 19 | 10 | 5 | 4 | 36-22 | 35 |
| 3 | Qəbələ | 19 | 11 | 2 | 6 | 33-26 | 35 |
| 4 | Xəzər L | 19 | 9 | 3 | 7 | 39-28 | 30 |
| 5 | Neftçi | 19 | 8 | 5 | 6 | 33-34 | 29 |
| 6 | Qarabağ | 19 | 7 | 3 | 9 | 27-32 | 24 |
| 7 | Rəvan | 19 | 5 | 8 | 6 | 31-31 | 23 |
| 8 | Bakı | 19 | 4 | 8 | 7 | 28-35 | 20 |
| 9 | Sumqayıt | 19 | 3 | 3 | 13 | 22-48 | 12 |
| 10 | AZAL | 19 | 2 | 4 | 13 | 22-51 | 10 |
Bombardirlər: Mirsahib Abbasov (İnter) - 16. Oruc Balaşlı (Simurq) - 14. Ramil Mansurov (İnter), Cavid Muxtarzadə (Neftçi) - 13. Nurxan Mənsimzadə (İnter) - 11.
Fanat.az