Topaz Premyer Liqasının IV turunun “Neftçi” - “Simurq” oyununun keçirilmə yeri və başlama saatı dəyişdirilib. Fanat.az xəbər verir ki, 31 avqustda baş tutacaq matç saat 19.25-də yox, 18.00-da başlayacaq.
Qarşılaşmaya İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu ev sahibliyi edəcək. Bundan əvvəl isə oyunun "Bakcell Arena"da keçiriləcəyi açıqlanmışdı.
Fanat.az