"Neftçi" "qırmızı" aldı, azlıqda qalmadı

"Neftçi" "qırmızı" aldı, azlıqda qalmadı
Premyer Liqada yararan fasilədən yararlanan "Neftçi" və "Bakı" yoxlama oyunu keçirir. "Bakı"nın bazasında keçirilən oyun saat 14.00-da başlayıb.
Fanat.az xəbər verir ki, "Neftçi"nin futbolçusu Erik Ramos qarşılaşmanın əvvəlində qırmızı vərəqə alıb. Buna səbəb onun "Bakı"nın üzvü Nurlan Novruzova qarşı kobudluq etməsi olub.
Lakin "Neftçi" azlıqda qalmayıb. Yoldaşlıq oyunu olduğundan qırmızı vərəqə alan futbolçunun yerinə meydana başqa oyunçunun çıxmasına icazə verilib. Ramosu əvəzedici komandadan əsas heyətə cəlb olunmuş Aleksandr Qross oyuna qoşulub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər