"Neftçi", "Qəbələ" və "İnter" sevindi, Qarabağ" xal itirdi

"Neftçi", "Qəbələ" və "İnter" sevindi, Qarabağ" xal itirdi
Topaz Premyer Liqasında XXVIII turunun oyunları keçirilib. Fanat.az хəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Lider "Qarabağ" хal itirib. "Bakı"nın qonağı olan ağdamlılar 1:1 hesablı heç-heçəyə razılaşıb - 1:1. Hesabı 25-cı dəqiqədə Reynaldo Silva açıb. 15 dəqiqə sonra Nurlan Novruzov penaltidən bərabərliyi təmin edib.
"Neftçi" səfərdə "Simurq"a qalib gəlib. 74-cü dəqiqədə Karlos Kardozo qırmızı vərəqə alsa da, "Neftçi" 2 dəqiqə sonra qələbə qolunu vura bilib. "Ağ-qaralar"ı Nikolas Kanales sevindirib.
"Qəbələ" AZAL-ın qonağı olub və 4:0 hesablı qələbə qazanıb. Hesabı 24-cü dəqiqədə Cavid Hüseynov açıb. İki dəqiqə sonra Viktor Mendi fərqlənib. 41-ci dəqiqədə penaltini rəsmiləşdirən Cavid fərqi artırıb. Son nöqtəni isə 86-cı dəqiqədə Ekiqo Ehiosun qoyub.
Tura "İnter" - "Xəzər Lənkəran" oyunu ilə yekun vurulub. Hesabı 53-cü dəqiqədə penaltidən Derlis Meza Kolli açıb. 76-cı dəqiqədə isə Vojislav Stankoviç fərqlənib - 2:0.
Qeyd edək ki, "Araz Naхçıvan" çempionatdan çıхdığından "Sumqayıt" bu turda istirahət edib.
Premyer Liqa
2014/15 mövsümü
IV dövrə, XXVIII tur
5 aprel
Bakı - Qarabağ 1:1
Qollar: Nurlan Novruzov, 40-pen - Reynaldo Silva, 25.
Bakı: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 10. Nurlan Novruzov (k) (7. Nuran Qurbanov, 76), 11. Tural Qürbətov (45. Mahir Mədətov, 65), 19. Eltun Hüseynov, 55. Aydın Mustafazadə, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov (21. Elşad Manafov, 81), 99. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 15. Azad Kərimov, 17. Elmin Əsgərli.
Baş məşqçi: İbrahim Uzunca.
Qarabağ: 13. İbrahim Şehiç, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 10. Muarem Muarem (21. Tural Rzayev, 84), 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (11. Danilo Dias, 71), 18. İlqar Qurbanov, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev (2. Qara Qarayev, 58).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Elxan Əhmədov, 84 (oyunun bərpasını ləngitdiyinə görə) - İbrahim Şehiç, fasilədə (hakimə etiraz etdiyinə görə). Ansi Aqolli, 87 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Vüsal Qənbərov, İsgəndər Əliyev, Etibar Həsənov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
"Bakı"nın Təlim-Məşq bazasının stadionu. 600 tamaşaçı.
AZAL - Qəbələ 0:4
Qollar: Cavid Hüseynov, 24; 41-pen. Viktor Mendi, 26. Ekiqo Ehiosun, 86.
AZAL: 1. Ruslan Məcidov, 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 7. Təmkin Xəlilzadə (10. Nicat Qurbanov, 63), 8. Seymur Əsədov (5. Kərim Diniyev, 69), 13. Şəhriyar Rəhimov, 15. Oskar Klava, 17. Viktor İbekoyi, 20. Freddi Mombonqo, 21. Novruz Məmmədov (k), 25. Valeri Kutsenko.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 9. Aydın Qasımov, 22. Eltun Yaqublu, 23. Aleksandr Şemonayev, 55. Fərid Hacıyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi (90. Ekiqo Ehiosun, 71), 14. Cavid Hüseynov (6. Rəşad Sadiqov, 46), 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov (16. Ruslan Tağızadə, 81), 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 25. Adrian Ropotan, 32. Mixail Sivakov.
Baş məşqçi: Roman Qriqorçuk.
Sarı vərəqələr: Novruz Məmmədov, 21 (qeyri-idman hərəkəti). Ruslan Məcidov, 40 (qeyri-idman hərəkəti). Valeri Kutsenko, 51 (sistematik qayda pozuntusu) - Cavid Hüseynov, 45 (qeyri-idman hərəkəti). Rafael Santos, 47 (qeyri-idman hərəkəti). Rikardinyo, 66 (qeyri-idman hərəkəti). Ruslan Abışov, 79 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Mübariz  Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"AZAL Arena". 500 tamaşaçı.
 
Simurq - Neftçi 0:1
Qol: Nikolas Kanales, 76.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 10. Rəşad Eyubov, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak (13. Əli Gökdəmir, 82), 18. Tural Axundov, 20. İdan Vaytsman (25. Oruc Balaşlı, 85), 22. Cihan Özkara, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç (7. Elnur Abdullayev, 69).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur.
Baş məşqçi: Georgi Çixradze.
Neftçi: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev (4. Rahil Məmmədov, 75), 10. Julius Vobay (17. Rəhman Hacıyev, 74), 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Əziz Quliyev, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov (9. Flavinyo, 59).
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 28. Emin Mehdiyev, 29. Cavid Muxtarzadə.
Baş məşqçi: Arif Əsədov.
Sarı vərəqələr: Vüqar Mustafayev, 64 (qeyri-idman hərəkəti). Amil Ağacanov, 73 (hakim qərarına etiraz) - Erik Ramos, 21 (qeyri-idman hərəkəti). Mirhüseyn Seyidov, 52 (qeyri-idman hərəkəti). Karlos Kardozo, 65 (qeyri-idman hərəkəti). Əziz Quliyev, 72 (qeyri-idman hərəkəti). Nikolas Kanales, 77 (qeyri-idman hərəkəti). Aqil Məmmədov, 90+4 (oyunun bərpasını gecikdirdiyinə görə).
Qırmızı vərəqə: Karlos Kardozo, 74 (rəqibi bilərəkdən əl ilə vurduğuna görə).
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elşən Acalov, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala şəhər stadionu. 2500 tamaşaçı.
İnter - Xəzər Lənkəran 2:0
Qollar: Derlis Meza Kolli, 53-pen. Vojislav Stankoviç, 76.
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze (15. Yohan Bokonyano, 46), 7. Abdulla Abatsiyev (24. Fuad Bayramov, 46), 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 12. Junior Nildo, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 23. Vojislav Stankoviç, 28. Baçana Tsxadadze (19. Sezar Meza Kolli, 55), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 11. Asif Məmmədov, 22. Əfran İsmayılov, 33. Matiya Şpiçiç.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə (42. Kamran Abdullazadə, 60), 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 27. Manuel Skarlatake, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 4. Ruslan Cəfərov, 23. Cavid Bağırzadə, 32. Zaman Mirzəzadə, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Elbrus Məmmədov.
Sarı vərəqələr: Məhəmməd Mirzəbəyov, 49 (qeyri-idman hərəkəti) - Ağabala Ramazanov, 52 (hakimi aldatmağa cəhd). Manuel Skarlatake, 60 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Kamran Bayramov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Rauf  Hüseynli.
Hakim-inspektor: Fazil Mürşüdov.
"İnter Arena". 800 tamaşaçı.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

25

16

6

3

40-21

54

2

İnter

25

12

11

2

40-12

47

3

Neftçi

25

13

6

6

30-18

45

4

Qəbələ

25

10

7

8

34-32

37

5

Simurq

25

10

5

10

35-27

35

6

AZAL

25

8

7

10

27-35

31

7

Xəzər Lənkəran

25

7

5

13

30-38

26

8

Sumqayıt

24

4

7

13

23-36

19

9

Bakı

25

2

5

17

16-56

12

 

Bombardirlər

Draqan Çeran (Simurq), Nurlan Novruzov (Bakı) - 12. Reynaldo Silva (Qarabağ) - 9. Freddi Mombonqo (AZAL), Mikel Alvaro (İnter), Junior Nildo (İnter), Məhəmməd Qurbanov (Sumqayıt), Cavid Hüseynov (Qəbələ), Nikolas Kanales (Neftçi) - 8. 

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər