Premyer Liqada yaranan fasilədən yararlanan “Neftçi” bu gün yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Arif Əsədov yetirmələrini “Qaradağ Lökbatan”la oyunda sınayıb.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüş 1:1 hesabı ilə nəticələnib. “Neftçi”dən Nikolas Kanales, “Qaradağ Lökbatan”dan isə İlham Allahverdiyev fərqlənib.
Fanat.az