"Neftçi" "Qarabağ"la oyuna 4 itki ilə çıxacaq

"Neftçi" "Qarabağ"la oyuna 4 itki ilə çıxacaq

“Neftçi” Misli Premyer Liqasının 31-cu turunda “Qarabağ”la matçın hazırlığını başa çatdırıb.

Fanat.Az xəbər verir ki, məlumatı “ağ-qaralar”ın mətbuat xidməti yayıb.

Bakı klubu bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. “Neftçi”nin futbolçuları Edvin Kuç, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən qarşıdakı görüşü buraxacaqlar.

Aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da başlanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər