Yerli futbolçulara üstünlük verən Qurban Qurbanovun istədiyi gənc oyunçulardan birinin kimliyi bəlli olub. Fanat.az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"ın baş məşqçisi Elşən Abdullayevi sərəncamında görmək istəyib.
Qurbanov gənc hücumçunun qışda komandanın düşərgəsinə qoşulmasını istəyirmiş. Bununla bağlı "Neftçi"yə rəsmi təklif də olub. Hətta "Qarabağ" "ağ-qaralar"a Elşənin transferi üçün 150 min dollar da təklif edib. Lakin "Neftçi" tərəfi gənc hücumçunun özlərinə lazım olduğunu bildirərək, transferdən imtina edib.
Qeyd edək ki, Elşən mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da keçirib və 17 oyunda 1 qola imza atıb. Fasilədə "Neftçi"yə dönən 20 yaşlı hücumçuya Böyükağa Hacıyev cəmi 2 çempionat (68 dəqiqə) oyununda şans verib.
Fanat.az