"Neftçi", "Qarabağ" və "Xəzər Lənkəran" uddu

"Neftçi", "Qarabağ" və "Xəzər Lənkəran" uddu
Əvəzedici heyətlər arasında ölkə çempionatında XXIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, turun bütün oyunları bu gün baş tutub.
Turun ilk oyununda "Neftçi" "Sumqayıt"ın qonağı olub. Qarşılaşma "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə yekun vurulub. Ötən tur "İnter"in əvəzedicilərinə qol vuran Bahodir Nasimov yenə fərqlənib. O, matçın əlavə vaxtında "Neftçi"nin üçüncü qoluna imza atıb.
"Qarabağ" doğma meydanda "Simurq"u 2:1 hesabı ilə məğlub edib. Qurban Qurbanovun əsas komandadan kənarlaşdırdığı Ulriş Kapolonqonun dublu ağdamlıları sevindirib.
"Xəzər Lənkəran" səfərdə AZAL-ı üstələyib. Lənkəran klubu Kazım Kazımlı və Əli Əliyevin qolları sayəsində 2:1 hesablı qələbə qazanıb.
"İnter" doğma meydanda "Bakı"ya boyun əyib - 1:2. "Qəbələ" öz evində "Rəvan"ın müqavimətini qıra bilməyib - 0:0.
Əvəzedici heyətlər
2013/14 mövsümü
III dövrə, XXIII tur
22 fevral
Sumqayıt - Neftçi 0:3
Qollar: Fəhmin Muradbəyli, 52. Vasif Əliyev, 64. Bahodir Nasimov, 90+3.
İnter - Bakı 1:2
Qollar: Elnur Süleymanov, 66 - Elşən Rzazadə, 51. Rəsul Teymurxanlı, 82.
Qarabağ - Simurq 2:1
Qollar: Ulriş Kapolonqo, 7; 90 - İlqar Hüseynov, 34.
AZAL - Xəzər Lənkəran 1:2
Qollar: Əbülfət Hüseynli, 41 - Kazım Kazımlı, 53. Əli Əliyev, 60.
Qəbələ - Rəvan 0:0

1

İnter

23

15

3

5

70-35

48

2

Qəbələ

23

13

4

6

39-29

43

3

Simurq

23

12

6

5

43-27

42

4

Xəzər L

23

11

5

7

47-33

38

5

Neftçi

23

9

6

8

42-43

33

6

Rəvan

23

7

10

6

35-33

31

7

Qarabağ

23

8

4

11

31-37

28

8

Bakı

23

6

9

8

33-40

27

9

AZAL

23

4

4

15

28-57

16

10

Sumqayıt

23

3

3

17

25-58

12

Bombardirlər: Oruc Balaşlı (Simurq), Mirsahib Abbasov (İnter) - 15. Cavid Muxtarzadə (Neftçi) - 14. Ramil Mansurov (İnter) - 13. Nurxan Mənsimzadə (İnter), Ehtiram Şahverdiyev (Qəbələ) - 11.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər