Topaz Premyer Liqasının XXIII turunda baş tutacaq iki oyunun başlama vaхtı müəyyənləşib. Fanat.az хəbər verir ki, "Qəbələ" - "Xəzər Lənkəran" və "Neftçi" - "Qarabağ" görüşlərinin saatı açıqlanıb.
"Qəbələ" - "Xəzər Lənkəran" oyunu saat 17.00-da start götürəcək. Turun mərkəzi qarşılaşması olacaq "Neftçi" - "Qarabağ" görüşü isə iki saat sonra başlayacaq. Hər iki oyunu "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq.
Fanat.az