"Neftçi" - "Qarabağ" oyununun hakimi bilindi

"Neftçi" - "Qarabağ" oyununun hakimi bilindi

Misli Premyer Liqasının 15-ci turun oyunlarına təyinatlar açıqlanıb. 

Fanat.Az xəbər verir ki, turun mərkəzi görüşü sayılan “Neftçi” – “Qarabağ” matçının baş hakimi Əliyar Ağayev olacaq.

Dekabrın 1-də “Neftçi Arena”da təşkil olunacaq oyun saat 19:00-da start götürəcək.

Misli Premyer Liqası 15-ci tur 29 noyabr

16:00. Araz-Naxçıvan – Turan Tovuz Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nicat İsmayıllı. VAR: Rauf Cabarov. AVAR: Eyyub İbrahimov. Hakim-inspektor: İmanxan Sultani. Liv Bona Dea Arena

19:00. Sabah – Səbail Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev. VAR: Rauf Allahverdiyev. AVAR: Rəhman İmami. Hakim-inspektor: Ramil Diniyev. Bank Respublika Arena

30 noyabr

14:30. Şamaxı – Kəpəz Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər Əhmədov. VAR: Tural Qurbanov. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Əmrah İbrahimov. Şamaxı şəhər stadionu

17:00. Zirə – Sumqayıt Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov. VAR: Nicat İsmayıllı. AVAR: Asiman Əzizli. Hakim-inspektor: Ceyhun Haşımov. Zirə İdman Kompleksinin stadionu

1 dekabr

19:00. Neftçi – Qarabağ Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev. VAR: Kamal Umudlu. AVAR: Elşad Abdullayev. Hakim-inspektor: Asim Xudiyev. “Neftçi Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər