"Neftçi" - "Qarabağ" matçında ara qarışdı

"Neftçi" - "Qarabağ" matçında ara qarışdı
Premyer Liqanın XXIV turunun "Neftçi" - "Qarabağ" oyununda dava düşüb. Fanat.az xəbər verir ki, hadisə matçın 63-cü dəqiqəsində baş verib.
Rəqib komandanın oyunçusuna qarşı kobud oynayan Araz Abdullayevi baş hakim Vüsal Əliyev meydandan qovub. Qərarla razılaşmayan "Neftçi"nin futbolçuları həm Əliyevlə, həm də matçın yan xətt hakimi Yaşar Abbasovla uzun müddət mübahisə edib. Hətta məşqçilər və mühafizəçilər meydana çıxıb. Bu səbəbdən təxminən 5 dəqiqə oyun dayanıb. Ara sakitləşəndən sonra oyun davam etdirilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər