Topaz Premyer Liqasında XXIV turun hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, "Neftçi" - "Qarabağ" oyunu Vüsal Əliyevə tapşırılıb.
Turun digər önəmli qarşılaşması - "Xəzər Lənkəran" - "İnter" matçını Elvin Əsgərov idarə edəcək. FIFA referilərindən Rəhim Həsənov "Rəvan" - AZAL, Əliyar Ağayev "Simurq" - "Qəbələ" oyununa təyinat alıb. "Bakı" - "Sumqayıt" oyununda isə ədaləti Orxan Məmmədov qoruyacaq.
28 fevral
Bakı - Sumqayıt
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Tahir Əhmədov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00
Simurq - Qəbələ
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Mahir Məmmədov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Şahin Cəfərov
Zaqatala şəhər stadionu, 15:00
Xəzər Lənkəran - İnter
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Xəzər Lənkəran” mərkəzi stadionu, 16:00
Neftçi - Qarabağ
Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
“Bakcell Arena” stadionu, 17:00
Rəvan - AZAL
Hakimlər: Rəhim Həsənov, Elşən Acalov, Azər Əsgərov, Xəlil Hüseynli
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Fazil Mürşüdov
“Bayıl Arena” stadionu, 19:00
Fanat.az