"Neftçi" "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"la qarşılaşacaq

"Neftçi" "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"la qarşılaşacaq

“Neftçi”nin 17 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə beynəlxalq yoldaşlıq matçları keçirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı paytaxt klubunun mətbuat xidməti yayıb. 

"Ağ-qaralar" fevralın 8-də qardaş ölkəyə yollanacaq.

Ötən mövsüm U-16 liqasının qalibi olmuş Asif Ramazanovun komandası Türkiyə nəhəngləri – “Beşiktaş”, “Qalatasaray” və “Fənərbağça” klublarının müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaqlar.

Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbağça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.

Qeyd edək ki, beynəlxalq yoldaşlıq görüşləri fevralın 9-15-i aralığında keçiriləcək. “Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər