"Neftçi" - "Pribram" matçı baş tutmayacaq. Fanat.az xəbər verir ki, bu barədə Çexiya klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, oyunun baş tutmamasına səbəb Avstriyada hava şəraitinin pisləşməsi olub. Yağış səbəbindən Bakı vaxtı ilə saat 21.00-da başlamalı olan qarşılaşma ləğv olunub.
Qeyd edək ki, "Neftçi" bundan öncə Avstriyada 3 yoxlama görüşü keçirib. İlk matçda Kiyev “Dinamo”su (2:2) heç-heçə oynayan "ağ-qaralar" Rumıniyanın “Botoşani” (0:3) və Almaniyanın “Dinamo” (1:2) klublarına uduzub. Bakı klubu Türkiyənin Bolu şəhərində də 3 oyun keçirmişdi. İki dəfə Gürcüstan "Çixura"sı ilə qarşılaşan (2:3, 1:1) "Neftçi" Səudiyyə Ərəbistanının "Əl-Qadisiya" klubunu udmuşdu (3:1).
Fanat.az